VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Ermənistanın Baş Prokurorluğu ölkədə məmurların korrupsiya və dələduzluğa görə günahlandırılması, onlar haqqında açılan cinayət işlərilə bağlı hesabat təqdim edib.


BAKU.WS “newsarmenia.am” saytına istinadən xəbər verir ki, ötən il məmurların dələduzluq ilə bağlı 189 material araşdırılıb. Bu göstərici 2017-ci il ilə müqayisədə 23,6 dəfə çoxdur. Hesabata görə, 2018-ci il qeydə alınan neqativlərlə bağlı 145 fakt üzrə cinayət işi başlanıb. Bu statistika da 2017-ci illə müqayisədə 29 dəfə çoxdur.

Bundan başqa, ötən ildə xidməti vəzifəsindən sui-istifadə edərək dövlət əmlakının mənimsənilməsi üzrə 447 material hazırlanıb. Bu da 2017-ci illə müqayisədə 100 fakt çoxdur.

Eyni zamanda hesabatda bildirilib ki, Ermənistan polisinin 17, Dövlət Gəlir Komitəsinin 14, İstintaq Komitəsinin 10, Ermənistan Silahlı Qüvvələrinin 4 işçisi, cəzaçəkmə müəssisələrinin 15 əməkdaşı, səhiyyə sahəsində çalışanların 14 rəsmisi, təhsil sahəsində çalışanların 35 işçisi, sosial sahədə çalışan 56 məmur, yerli özünüidarəetmə orqanlarının 73 rəsmisi, Müdafiə Nazirliyinin 131 əməkdaşı həbs olunub. Bundan başqa, hesabata görə, Ermənistanın 91 məmuru vəzifə səlahiyyətlərini aşdığına görə həbs edilib. Bu göstəricilər də, digər illər nisbətən çoxdur.

BAKU.WS