SİZİN REKLAM BURADA!
055 213 76 73



Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib.

BAKU.WS-in məlumatına görə, iclasda daxil olan müraciətlərin daha bir hissəsinə baxılıb.

Bildirilib ki, indiyədək 400-dən çox müraciətə baxılıb, növbəti iclaslarda müraciətlərin qalan hissəsinə baxılması da nəzərdə tutulur.

Qeyd edək ki, Komissiyaya daxil olan müraciətlərə baxıldıqdan sonra siyahı Prezident İlham Əliyevə təqdim ediləcək. Dövlət başçısının Novruz bayramı ərəfəsində əfv sərəncamı imzalayacağı gözlənilir.

BAKU.WS