SİZİN REKLAM BURADA!
055 213 76 73



Milli Televiziya və Radio Şurası Azərbaycanda xəbər sahəsi üzrə ixtisaslaşmış yeni televiziyanın açılması barədə qərar qəbul edib.

Müvafiq qərar Şuranın bu gün, fevralın 28-də keçirdiyi iclasda qəbul edilib. İxtisaslaşmış (xəbər) ümumrespublika televiziya kanalının açılması üçün Bakı və Abşеrоn ərazisində 11 mart 2019-cu il tarixdən 11 aprel 2019-cu il tarixədək müsabiqə elan edilib.

İclasda, həmçinin, “MEDİAART” şirkətinin kabel şəbəkəsi yayımı üçün lisenziya alınmasına dair müraciətinə baxılıb və ona abonentlərinin sayı 5000-dək olan kabel şəbəkəsi yayımı üçün müddətsiz lisenziya verilməsi barədə qərar qəbul olunub.

BAKU.WS