SİZİN REKLAM BURADA!
055 213 76 73



Rusiyada Azərbaycan diaspor təşkilatları son günlər Moskvada çeçenlərlə azərbaycanlılar arasında baş vermiş təxribatla bağlı bəyanat yayıblar.

Diasporla İş üzrə Dövlət Komitəsindən BAKU.WS-ə verilən məlumata görə, təşkilatların birgə bəyanatında bildirilir ki, baş verən hadisələr iki qardaş xalq arasında düşmənçilik toxumu səpməyə çalışan xarici qüvvələrin təxribatıdır: “Biz azərbaycanlılara və çeçen icmasının nümayəndələrinə müraciət edərək ağılagəlməz nəticələrə gətirib çıxara biləcək təxribatlara uymamağa və hər birimiz üçün çətin günlərdə daha sıx birləşməyə çağırırıq” - bəyanatda bildirilir.

Qeyd edək ki, fevralın 14-də Moskvada azərbaycanlı Yaşar Əliyevə məxsus "Neolit" kafesində soydaşlarımızla çeçen icmasının nümayəndələri arasında kütləvi dava olub. Təqribən, 70-100 nəfərin iştirak etdiyi insident zamanı ölən və xəsarət alanlar olub.

BAKU.WS