SİZİN REKLAM BURADA!
055 213 76 73



Milli Məclisin fevralın 1-də keçiriləcək yaz sessiyasının ilk iclasında komitələrin sədr müavinləri də seçiləcək.

BAKU.WS
 modern.az-a istinadən xəbər verir ki, iclasda Milli Məclisin komitələrinin sədr müavinlərinin seçilməsi haqqında sənəd müzakirə ediləcək.

Aldığımız məlumatda bildirilir ki, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini vəzifəsinə Məlahət İbrahimqızının, Gənclər və idman komitəsinin sədr müavini vəzifəsinə isə Şahin İsmayılovun namizədliyi irəli sürülüb.

Yaz sessiyasının ilk iclasında hər iki deputatın namizədliyi müzakirə olunacaq və səsverməyə çıxarılacaq.

BAKU.WS