SİZİN REKLAM BURADA!
055 213 76 73



Yanvarın 20-də Bakı vaxtı ilə saat 12:00-da Azərbaycanın bütün ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, gəmilərdən, avtomobillərdən və qatarlardan səs siqnalları verilib, hüzn əlaməti olaraq dövlət bayraqları endirilib.

Qanlı Yanvar faciəsinin iyirmi doqquzuncu ildönümünün keçirilməsi ilə əlaqədar tədbirlər planına uyğun olaraq, respublikanın bütün şəhər və rayonlarında, kənd və qəsəbələrində, idarə və təşkilatlarında 20 Yanvar hadisələri ilə bağlı anım mərasimləri keçirilir.

Paytaxt ictimaiyyəti, yüz minlərlə sakin yanvarın 20-də səhər saatlarından başlayaraq Şəhidlər xiyabanını ziyarət edir, qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla anır, məzarları üzərinə al qərənfillər düzürlər.

BAKU.WS