SİZİN REKLAM BURADA!
055 213 76 73



Bu gün özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran quruma daxil olan partiya və birliklərin Yasamal rayonundakı idman-sağlamlıq kompleksinin stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib.

Bu barədə BAKU.WS-ə Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, saat 15:00-dan 17:00-dək davam edən toplantıda Şuraya daxil olan partiyaların, hərəkatların, eləcə də, müxalifətyönümlü bir sıra qeyri-hökumət və gənclər təşkilatlarının ümumi sayı 2800 (iki min səkkiz yüz) nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib.

İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması halları qeydə alınmayıb.

BAKU.WS