SİZİN REKLAM BURADA!
055 213 76 73



Arif Alışanov prezident İlham Əliyevin sərəncamı ilə AzTV-nin sədri vəzifəsindən azad edildikdən sonra QSC-nin sərdi vəzifəsinin icrası jurnalist Rövşən Məmmədova tapşırılıb.

BAKU.WS xəbər verir ki, Rövşən Məmmədov karyerasına  “Lider” televiziyasında idman jurnalisti kimi başlayıb. Bu telekanalda Olimpiya Oyunlarında şərhçilik edən və idman xəbərlərini aparan Məmmədov daha sonra 2009-cu ildən İdman departamentinin rəhbəri olub.

O, 2014-cü ildə bu telekanaldan ayrılaraq AzTV-də fəaliyyətə başlayıb. O, “Günün nəbzi” və “Həftə” analitik verilişlərində aparıcılıq edib.

BAKU.WS