SİZİN REKLAM BURADA!
055 213 76 73



Daxili İşlər naziri, general-polkovnik Ramil Usubov iki generalın yerini dəyişib.


BAKU.WS “unikal.org”a istinadən xəbər verir ki, Ramil Usubovun əmri ilə Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis general-mayoru Səhlab Bağırov Çevik Polis Alayının komandiri təyin olunub.

Nazirin digər əmri ilə, Çevik Polis Alayının keçmiş komandiri, polis general-mayoru Zaur Abdullayev Bakı Şəhər Baş Polis İdarəsinin Rəis müavini vəzifəsinə təyinat alıb.

Xəbəri DİN-dən Unikal.org-a təsdiqləyiblər.

BAKU.WS