SİZİN REKLAM BURADA!
055 213 76 73



2019-cu ilin yanvar ayının 9-da İran İslam Respublikasının Biləsuvar şə­hə­rində Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyevin və İran İslam Respublikasının Sərhəd Qoşunlarının komandanı general-mayor Qasım Rzayinin rəhbərliyi altında nümayəndə heyət­lərinin işçi görüşü keçirilib.


DSX-dən BAKU.WS-ə verilən məlumata görə, tərəflər 11 dekabr 2018-ci il tarixində Bakı şəhərində Azərbaycan və İran sərhəd qurumları rəhbərlərinin görüşü zamanı əldə olunmuş razılaşmaların icra­sını nəzərdən keçirib.


Sərhəd təhlükəsizliyinin təminatı məsələləri, dövlət sər­hə­dindən buraxılış məntəqələrində şəxslər, nəqliyyat vasitələri və yüklər üzərin­də etibarlı sərhəd nəzarətinin təşkil edilməsi, transsərhəd cinayətkarlığın təza­hürləri,


o cüm­lədən, narkotik vasitələrin qeyri-qanuni dövriyyəsi, qaçaqmalçılıq, beynəl­xalq terrorçuluq, qeyri-leqal miqrasiya və digər təhdidlərlə mübarizə sa­hə­sində sər­­həd mühafizə orqanları qarşısında duran tapşırıqlara dair fikir müba­diləsi aparıb.

Qarşılıqlı əlaqələndirmənin və əməkdaşlığın daha da inkişaf etdirilməsinin zəru­ri­­li­yini vurğulayıblar.


Azərbaycan Respublikasının və İran İslam Respublikasının iştirak etdiyi beynəlxalq əhəmiyyətli nəqliyyat layihələri çərçivəsində sərhəd infrastruk­turu­nun təkmilləşdirilməsi,

sərhəd nəzarəti prosedurlarının sürətləndirilməsi məq­sə­dilə həyata keçirilən tədbirlər nəticəsində “Astara” və “Biləsuvar” dövlət sərhə­dindən buraxılış məntəqələrinin 24 saatlıq iş rejiminə keçirilməsinin əhəmiyyəti vurğulanıb.


Bununla yanaşı, “Astara dəmir yolu” dövlət sərhədindən buraxılış məntəqəsinin tam həcmdə fəaliyyət göstərməsi, Astara çayı üzərindən yeni avtomobil körpüsünün və piyada keçidinin tikintisi üzrə işlərin aparılması üçün hər iki tərəfdən zəruri tədbirlərin görülməsinin vacibliyi qeyd olunub.


Görüşdə sərhəd mühafizəsi sahəsində məlumat mübadiləsinin aparılması, birgə tədbirlərin təşkili və maraq kəsb edən məsələlər üzrə əməkdaşlığın inkişaf etdiril­məsi məqsədilə bilavasitə dövlət sərhədində və dövlət sərhədindən bura­xılış məntəqələrində görüşlərin davam etdirilməsi barədə razılıq əldə edilib.

BAKU.WS