SİZİN REKLAM BURADA!
055 213 76 73



“Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası” Azərbaycan Respublikasında narçılığın inkişafında, assosiasiyanın fəaliyyətində xidməti və əməyi olan şəxsləri təltif etmək məqsədi ilə Azərbaycan Respublikasının Prezidentinin İşlər İdarəsinin razılığı ilə "Azərbaycan Narı" döş nişanı təsis etmişdir.

Döş nişanı Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi "Azərsuvenir"(Azərbaycan Suvenirləri) Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən istehsal olunmuşdur.

“Döş nişanı” diametri 40 mm olub 8 guşəli ulduz, nar rəngli mina işləməli üzərində Azərbaycanın üçrəngli Bayrağının rəngləri, 3 ədəd yaqut daş, nar fiquru, nar ağacının yaşıl yarpaqları, sünbül və assosiasiyanın loqosu həkk olunmuş latun (tompak) materiallı, qızıllama olan nişandır.

ANİİA 2016-ci ilin noyabrından fəaliyyətə başlamış və ilk günlərdən ölkəmizdə narçılıqla məşğul olan fiziki və hüquqi şəxsləri öz ətrafına toplamışdır. Assosiasiyanın 34 üzvü var. Assosiasiyanın Sədri Fərhad Qaraşovdur.

BAKU.WS