SİZİN REKLAM BURADA!
055 213 76 73



Azərbaycan prezidentinin ailəsi haqqında “The Guardian” qəzetində dərc edilmiş məlumat yalandır və böhtan xarakteri daşıyır. Bunu “BBC”nin Azərbaycan redaksiyasına Azərbaycan prezidentinin mətbuat katibi Azər Qasımov deyib.

Xatırladaq ki, daha öncə “The Guardian” Azərbaycan prezidentinin qızları Leyla və Arzu Əliyevalar haqqında yalan məlumat yaymışdı.

Azər Qasımovun sözlərinə görə, bu cür məqalələr əvvəllər də yayımlanıb, lakin təsdiqini tapmayıb. Bunlar təxribatdan və qaralama kampanyasından başqa bir şey deyil.

“Bu, Azərbaycanın qonşuları ilə əlaqələrinin möhkəmləndiyi bir vaxtda təzyiq göstərmək cəhdindən başqa bir şey deyil”, - o qeyd edib.

BAKU.WS