SİZİN REKLAM BURADA!
055 213 76 73



Ermənistanda parlament seçkilərinin nəticələri açıqlanıb.


BAKU.WS “news.am”a istinadən xəbər verir ki, bu barədə Ermənistan Mərkəzi Seçki Komissiyası məlumat yayıəb.


Verilən məlumata görə, ölkənin bütün 2010 seçki məntəqəsindəki bülletenlərin hesablanması başa çatıb.


Hesablamalara görə, Ermənistanın baş naziri vəzifələrinin icraçısı Nikol Paşinyanın "Mənim addımım" bloku səslərin 70,43%-ni, yəni 884456 seçicinin etimadını qazanıb.


Səsvermənin nəticələrinə görə, "Çiçəklənən Ermənistan" partiyası 103824 səslə ikinci yeri tutub. Onlar ümumilikdə 8,27% səs qazana biliblər.


Seçkilərdə "İşıqlı Ermənistan" partiyası 6,37% səs toplayıb. 80024 seçicinin etimadına qazanaraq, seçkilərdə üçüncü yeri tutublar.


Ziya SƏCCAD
BAKU.WS