VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Millət vəkili Qənirə Paşayeva ANS-in ABŞ bürosunun rəhbəri, artıq bir neçə aydır Amerikada yaşayan jurnalist Qənirə Ataşovanın sosial şəbəkələrin əsas müzakirə mövzusuna çevrilən videosuna münasibət bildirib. 

BAKU.WS məlumat verir ki, millət vəkili Qənirə Ataşovanı müdafiə edib:

"Hər bir insanı tənqid etmək olar. Amma beldən aşağı zərbələr, məsxərə, lağlağı doğru deyil. Qənirə Ataşova bir Azərbaycanlı xanımıdır və yaxşı jurnalistlərimizdən biridir. Ona qarşı sosial şəbəkədə aparılan təbliğatı doğru hesab etmirəm. Bu həyatda heç kəs xətasız deyil, bunu hər birimiz yaxşı bilirik. İnanıram ki, Qənirə Ataşova jurnalistikanı öyrəndiyi kimi ingilis dilini də öyrənəcək. Biz bir millətin övladlarıyıq. Səhvlərimiz olanda bir-birimizi sağlam tənqid etməliyik. Amma kin, nifrət qusaraq, aşağılayaraq deyil. Bu cür addımlarımızla həmin insana qarşı nə qədər ağır psixoloji zərbələr vurduğumuzu unutmamalıyıq. Təkrar edirəm, həyatda səhvsiz, xətasız insan yoxdur. Varsa, məşhur hikmətdə deyildiyi kimi, "buyursun ilk daşı o atsın”.

Qeyd edək ki, Q.Ataşovanın ABŞ Dövlət Departamentinin sözçüsü Con Kirbiyə verdiyi sual qalmaqala səbəb olub. Belə ki, Qənirə Ataşovanın sualı Kirbi tərəfindən dil qüsurlarına görə başa düşülməyib. Sözçü jurnalistə sualını ikinci dəfə izah etməyə şərait yaratsa da, o, bunu yenə bacarmayıb və zaldakıların gülüşünə səbəb olub.
 
BAKU.WS