Norveç Xarici İşlər Nazirliyi Azərbaycandakı səfirliyini bağlayacağı ilə əlaqədar məlumat yayıb.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən Leyla Abdullayeva BAKU.WS-ə açıqlamasında deyib ki, Norveçin Azərbaycanda səfirliyini bağlaması qərarı təəssüf doğurur, lakin bu Norveç hökumətinin qərarıdır:

"Azərbaycan Norveçlə hərtərəfli xoş münasibətlərə malikdir. Bu ölkənin ən iri enerji şirkəti olan Equinor (əvvəlki Statoil) 1990-cı illərdə Azərbaycana gələn ilk xarici şirkətlərdən olmuş və “Əsrin müqaviləsi”nin iştirakçısı olub. Norveçli vikinqlərlə Azərbaycanlılar arasında qədim əlaqələr və bağlılığın mövcudluğu nəzəriyyəsinin müəlifi - Norveçin tanınmış alim-etnoqrafı Tur Heyerdal Azərbaycanın böyük dostu olub. İki ölkə arasında müxtəlif sahələrdə çoxsaylı və faydalı layihələr həyata keçirilib".

L.Abdullayeva əlavə edib ki, hazırda olan məlumata görə, Norveç tərəfi Azərbaycanda öz təmsilçiliyini konsulluq fəaliyyəti vasitəsilə saxlamaq niyyətindədir: "Lakin bu təmsilçiliyin yalnız fəxri və ya diplomatik konsulluq statusunda həyata keçiriləcəyi hələ ki, tam aydın deyil".

XİN rəsmisi həmçinin Azərbaycanın İsveçdə səfirliyini bağlayıb bağlamayacağı ilə bağlı məsələyə aydınlıq gətirib:

"Biz hər hansı bir yerdə, o cümlədən Stokholmda səfirliyimizi bağlamaq niyyətində deyilik. “Bir kərə yüksələn bayraq, bir daha enməz” prinsipi suveren və müstəqil dövlətlər üçün mühüm əhəmiyyət kəsb edir. Əksinə, Azərbaycanın həyata keçirdiyi çox fəal xarici siyasəti və beynəxalq birlik tərəfindən artan hörmətini nəzərə alaraq, xaricdəki nümayəndəliklərimizin sayını hətta daha da artırmaq niyyətindəyik".

BAKU.WS


TƏCİLİ KREDİT SİFARİŞLƏRİ