VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
"Türkiyə rəhbərliyinin İslamlaşdırma siyasətinə görə, Atatürk hər halda məzarında tərs dönüb. Türkiyədəki mövcud rəhbərliklə razılığa gəlmək çətin olacaq. Əlaqələrin yenidən bərpa edilməsi ilə bağlı bir ümid görmürəm".
 
BAKU.WS-in məlumatına görə, bunu Rusiya prezidenti Vladimir Putin keçirdiyi mətbuat konfransında söyləyib. Onun sözlərinə görə, Türkiyə rəhbərliyinin hərbi təyyarəni vurması dostca deyil, düşməncə addım olaraq qiymətləndiririk:
 
"Bir problemlə qarşılaşanda insanlar normalda bir-biriylə ünsiyyət qurub şöhbət edir. Ancaq təyyarəmizi vurduqdan sonra Türkiyə danışıq aparmaq əvəzinə NATO-nun arxasına gizləndir. Antalyaya G20 zirvəsinə getdim və orada bir çox türk rəhbərlə görüşdüm. Bizim qarşımıza beynəlxalq hüquqa uyğun gəlməyən Türkiyə haqqında çox həssas mövzular qoydular".
 
Putin bildirib ki, Türkiyə Su-24 təyyarəsini vurduqdan sonra Suriyadan çəkiləcəyimizi zənn edib. Ancaq Rusiya elə bir ölkə deyil: "Suriyadakı varlığımızı daha da gücləndirdik. Suriyada artıq S-400 hava müdafiə sistemlərimiz var. Türkiyə Suriyanın hava məkanını daim pozurdu. İstəsə buyursun indi də etsin".
 
Şahin Həbibov
BAKU.WS