SİZİN REKLAM BURADA!
055 213 76 73



Oktyabrın 29-u Türkiyənin İstanbul şəhərində Azərbaycan, Türkiyə və Gürcüstan XİN rəhbərləri Elmar Məmmədyarov, Mövlud Çavuşoğlu və David Zalkaliani arasında 7-сi üçtərəfli görüş keçiriləcək.

Trend-in məlumatına görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin mətbuat xidməti xəbər yayıb.

Məlumatda bildirilir: "Görüş zamanı üçtərəfli əməkdaşlıq üzrə tərəqqinin, son regional və qlobal hadisələrin müzakirəsi gözlənilir".

Xatırladaq ki, Azərbaycan, Türkiyə və Gürcüstan XİN rəhbərləri arasında 6-cı üçtərəfli görüş 2017-ci ildə Azərbaycanın paytaxtı Bakıda keçirilib.

BAKU.WS