VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Respublika Baş Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynalov istefası üçün Daxili işlər nazirinə raportla müraciət edib.

BAKU.WS-in məlumatına görə, bu barədə bizimyol.info xəbər yayıb.

Məlumata görə, 24 ildir bu vəzifəni daşıyan 67 yaşlı R.Zeynalov iyul ayında yaş həddinə görə vəzifəsindən azad edilməsi üçün müraciət edib. Amma general Ramiz Zeynalovun istefa istəyi qəbul edilməyib. Buna səbəb kimi isə Tovuzda “Aqropark”ın tikintisinin ona tapşırıldığı və tikinti başa çatmayınca vəzifəsindən gedə bilməyəcəyi iddia olunur.

Baş Dövlət Yol Polisi İdarəsinin rəsmisi Kamran Əliyev sözügedən sayta açıqlamasında məlumatı təkzib edib: “Generalın Ramiz Zeynalov vəzifəsindən azad edilməsi ilə bağlı nazirə raportla müraciət etməsi iddiası əsassızdır. Ramiz müəllim iş başındadır”.

BAKU.WS