VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Azərbaycan Hesablama Palatasının üzvlərinin sayının azaldılması təklif olunur.

BAKU.WS “Report”a istinadən xəbər verir ki, Milli Məclisin Daxili Nizamnaməsinə dəyişiklik edilir.

Nizamnamənin 44-cü (Milli Məclisin Hesablama Palatası) maddəsinə əsasən, Hesablama Palatası sədrdən, sədr müavinindən və 7 auditordan ibarətdir. Dəyişikliklə isə auditorların sayının 7-dən 5-ə endirilməsi təklif olunur.

Dəyişikliklə Hesablama Palatası sədri, sədr müavini və auditorları dövlət idarəçiliyi, dövlət nəzarəti, iqtisadiyyat, maliyyə sahələrində 5 il iş təcrübəsinə malik olan ali təhsilli şəxslərdən ibarət olacaq. Hazırkı qanunvericilikdə iş təcrübəsi müddəti nəzərdə tutulmur.

Qeyd edək ki, qanunvericiliyə edilən digər dəyişikliklə Milli Məclisin İntizam komissiyasının üzvlərinin sayı artırılır.

BAKU.WS