VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Prezident İlham Əliyev Mingəçevir Dövlət Dram Teatrı əməkdaşlarının “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Azərbaycanda teatr sənətinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilsinlər:

Abbasov Zülfüqar Qulu oğlu
Mirabov Akif Əhməd oğlu

Dövlət başçısının digər sərəncamı ilə Azərbaycanda teatr sənətinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər “Tərəqqi” medalı ilə təltif edilirlər:

Əliyeva Afət Məmməd qızı
Həşimov Rafael Zeynal oğlu
İbrahimli Qabil Mahmud oğlu
İmamverdiyev Yusif İmamverdi oğlu
Quliyev Aydın Baloğlan oğlu

***
Prezident İlham Əliyev Sumqayıt Dövlət Dram Teatrı əməkdaşlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, Azərbaycanda teatr sənətinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər “Tərəqqi” medalı ilə təltif edilsinlər:

Cəfərova Rüxsarə Əliağa qızı

Xanlarov Habil Tehran oğlu

Qurbanova Vəfa Əli qızı

Məmmədov Vidadi Mansur oğlu

Məmmədova Mayə Əliağa qızı

Mirzəyev Akif Əziz oğlu

Müzəffərov Arif Valeh oğlu.

***

Prezident İlham Əliyev Xəzər Gəncəliyə “Əməkdar artist” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Azərbaycanda teatr sənətinin inkişafında xidmətlərinə görə Xəzər Novruz oğlu Gəncəliyə “Əməkdar artist” fəxri adı verilsin.

BAKU.WS