VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Azərbaycan Qaçqınlar Cəmiyyəti İdarə Heyətinin növbəti yığıncağı keçirilib.

Cəmiyyətin İdarə Heyətinin sədri Əziz Ələkbərlinin BAKU.WS-ə verdiyi məlumata görə, yığıncaqda soydaşlarımızın Qərbi Azərbaycan (indiki Ermənistan) ərazisindən 1948-1953-cü illər deportasiyasının 70 illiyi və 1988-ci il deportasiyasının 30 illiyi ilə bağlı məsələ müzakirə olunub.

Yığıncaq iştirakçıları qurumun təşəbbüsü ilə bir sıra QHT rəhbərlərinin, ziyalıların və qaçqınların nümayəndələrinin bu məsələ ilə bağlı ölkə Prezidenti İlham Əliyevə ünvanladığı Müraciəti nəzərdən keçirib, vətəndaş cəmiyyətinin məsələyə göstərdiyi həssas münasibəti yüksək qiymətləndiriblər.

Müraciətdə azərbaycanlıların deportasiyası və soyqırımına vaxtilə görkəmli dövlət xadimi Heydər Əliyevin məlum tarixi fərmanlarında ilk dəfə olaraq tarixi-siyasi qiymət verildiyi xatırlanıb, bu siyasi xəttin bu gün də uğurla davam etdirildiyi qeyd olunub. Müraciətdə 1948-1953-cü illər deportasiyasının 70 illiyinin, 1988-ci il deportasiyasının 30 illiyinin dövlət səviyyəsində qeyd olunmasının xalqımızın vaxtilə məruz qaldığı milli faciənin unudulmaması və yüksək tribunalardan dünya ictimaiyyətinə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb etdiyi xüsusi vurğulanıb.

Yığıncaqda müraciətin ölkə Prezidenti İlham Əliyevə göndərilməsi məqsədəuyğun sayılmışdır.

BAKU.WS