VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Üç ay əvvəl güllələnən Gəncə Şəhər İcra Hakimiyyətinin keçmiş icra başçısı Elmar Vəliyevin yeni fotoşəkli yayılıb. 

B
AKU.WS xəbər verir ki, bu gün doğum gününü qeyd edən Elmar bəyin fotosunu oğlu Elmir Vəliyev sosial şəbəkədə paylaşıb.

1960-cı ilin 3 oktyabrında anadan olan Elmar Vəliyevin 58 yaşı tamam olub.


Qeyd edək ki, Elmar Vəliyev icra başçısı işləyərkən - 2018-ci il iyulun 3-də Gəncə şəhərində mühafizəçisi Qasım Aşbazovla birlikdə odlu silahdan açılan atəş nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib. Gəncə Şəhər İcra Hakimiyyətinin inzibati binasının qarşısında cinayəti törətmiş 1983-cü ildə Yunis Səfərov dərhal həmin ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən tutularaq, tərksilah edilib.
Fakt üzrə Azərbaycan Respublikasının Baş Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.3-cü, 120.2.7-ci (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar qəsdən adam öldürməyə cəhd) və 228-ci (qanunsuz olaraq odlu silah əldə etmə) maddələri ilə cinayət işi başlanılaraq prokurorluğun, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.

Sui-qəsd hadisəsindən sonra - iyulun 4-də Türkiyədəki Bahçeşehir Universitetinin Tibb fakültəsinin dekanı, məşhur beyin cərrahı, professor Türker Kılıç Əmlak Məsələləri Dövlət Komitəsnin sədri, eyni zamanda E.Vəliyevin qudası Kərəm Həsənovun dəvəti ilə Gəncəyə gəlib. Türkiyəli həkim həmin gün icra başçısnı əməliyyat edib. Elmar Vəliyev sonrakı müalicəsini İsraildə alıb. Onun hazırda Azərbaycanda olduğu bildirilir.

BAKU.WS