VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclasının Protokoluna əsasən, Türkiyə Silahlı Qüvvələri Quru Qoşunlarının nümayəndə heyəti Bakıda səfərdədir.


Müdafiə Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, Türkiyənin nümayəndə heyəti Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasında olub. Görüşdə Azərbaycan tərəfindən Xarici dil və Tərəfdaşlıq Mərkəzi, Türkiyə tərəfindən isə Quru Qoşunlarının Dil Məktəbi haqqında brifinqlər təqdim olunub.

Görüşdə ölkələrimiz arasında hərbi təhsil sahəsində əməkdaşlığın mövcud vəziyyəti və inkişafı perspektivləri müzakirə olunub.

Səfər oktyabrın 5-dək davam edəcək.

BAKU.WS