SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) inventarlaşdırma işlərinin aparılması ilə bağlı komissiya yaradılıb.

BAKU.WS 
xəbər verir ki, bununla bağlı BŞİH başçısı səlahiyyətlərini icra edən Eldar Əzizov sərəncam imzalayıb.

Yoxlamalar İcra Hakimiyyətinin bütün strukturlarında, o cümlədən Bakı Lift-Təmir İstehsalat Birliyində də tam və hərtərəfli şəkildə aparılacaq.

“İnventarlaşdırma işləri normal hal sayılır və vaxtaşırı olaraq bütün idarə və təşkilatlarda keçirilir”, - BŞİH-dən daxil olan məlumatda bildirilib.

BAKU.WS