Azərbaycanda məmurların hüquqlarının müdafiəsi haqqında qanun layihəsinin hazırlanması təklif edilir.

BAKU.WS
report-a istinadən xəbər verir ki, bu təkliflə Milli Məclisin payız sessiyasının bu gün keçirilən ilk plenar iclasında deputat Fazil Mustafa çıxış edib.

F.Mustafa deyib ki, Azərbaycanda müəyyən vəzifələrdə rotasiya qaydasında dəyişiklik olur. O vurğulayıb ki, Prezident İlham Əliyev tərəfindən gənc kadrların vəzifəyə təyin edilməsi müsbət haldır:

“Həmin nazirliklərin mətbuat xidmətlərindən verilən informasiyalarda “5 nəfər işdən çıxarıldı” başlıqlı xəbərlərlər əksini tapır. Tutaq ki, sabah da 10 nəfər işdən çıxarılacaq. Sonradan onlardan xeyli müraciət alırıq ki, məmurların fəaliyyətini qoruyacaq heç bir mexanizm yoxdur.

Məmurların çoxu qanunla işləməyə maraqlı və dürüst insanlardır. Yeni gələn müəssisə rəhbəri və ya nazir çox vaxt öz qaydaları ilə işləməyi tələb edir. Ona görə də biz çalışmalıyıq ki, 10-15 il yetişmiş, savadlı, hazırlıqlı kadrların sıradan çıxarılmasına imkan verilməsin”.

BAKU.WS