SİZİN REKLAM BURADA!
055 213 76 73



Nazirlər Kabinetinin gizli qərarlarından birinin açılması barədə qərar verilib.

BAKU.WS
report-a istinadən xəbər verir ki, Baş nazir Novruz Məmmədov “Əməliyyat-axtarış prosesində gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrin növlərinin Siyahısının təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2000-ci il 15 avqust tarixli 139-6 nömrəli qərarının məxfiliyi açılması barədə qərar imzalayıb.

Qərar həmin qərarın məxfiliyinin açılması barədə Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Dövlət Təhlükəsizliyi Xidmətinin Prezident yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiya ilə razılaşdırılmış təklifinə əsasən verilib.

BAKU.WS