VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Türkiyə Silahlı Qüvvələri Bakının bolşevik-daşnak işğalından azad edilməsinin 100-cü ildönümü ilə bağlı Azərbaycanı təbrik edib. 

BAKU.WS
xəbər verir ki, TSK tarixi hadisə ilə bağlı xüsusi videoçarx hazırlayıb.

Sözügedən videoçarxda Azərbaycan və Türkiyə ordularının əzəməti əks olunub.

Türkiyə Silahlı Qüvvələrinin rəsmi səhifələrində paylaşılan görüntülərlə birlikdə Bakının azad edilməsi ilə bağlı Azərbaycan xalqına təbrik də ünvanlanıb:

"Qafqas İslam Ordusunun Nuri Paşa komandalığı altında Bakıya girişinin (15 sentyabr 1918) 100-cü ildönümü mübarək olsun!"

Xatırladaq ki, sentyabrın 15-də Bakının bolşevik-daşnak işğalından azad edilməsindən 100 il ötür. 1918-ci ilin məhz bu tarixində tərkibində Azərbaycan Korpusu da olan Qafqaz İslam Ordusu Bakıya daxil olaraq şəhəri bolşevik-daşnak qüvvələrinin işğalından azad etdi.

Zülfiyyə Qurbanova
BAKU.WS