VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Türkiyənin Su-24 hərbi təyyarəsini vurmasından sonra Rusiya ilə Türkiyə arasında faktiki olaraq müharibə başlayıb. Hadisənin ilk günü rus generallar dərhal versiya səsləndirdilər ki, guya hərbi təyyarə Suriya müxalifəti tərəfindən vurulub.
 
BAKU.WS-in məlumatına görə, bu barədə xarici KİV-lər yazırlar. İddia olunur ki, əgər türklər sussaydılar, onda Rusiya Federasiyası üçün heç bir biabırçılıq olmayacaqdı. Amma Türkiyənin açıq şəkildə təyyarəni vurduğunu etiraf etməsi Rusiyanın bu hadisəyə reaksiyasına birbaşa təsir etdi.
 
Rusiya Federasiyasının Müdafiə Nazirliyi ilk açıqlamasında təyyarənin yerdən vurulduğunu bildirmişdi. Sonradan təyyarənin Türkiyənin hava məkanı pozduğu üçün vurulduğu açıqlandıqda Rusiya rəsmi məlumatı dəyişmək məcburiyyətində qaldı.

 

Türkiyə Rusiya hərbi təyyarəsinin sərhədləri pozduğunu sübut edən görüntüləri və səs yazılarını dünya ictimaiətinə açıqlasa da Rusiya bununla razılaşmadı. Görünür RF üçün vəziyyətdən çıxış yolu kimi ən optimal variant hava məkanını pozma faktını inkiar etməkdir. Su-24-ün 10 dəfə xəbərdarlıq edilməsinə məhəl qoymaması isə düşündürən digər bir sualdır.
 

  

Türkiyənin baş naziri Əhməd Davutoğlu hadisədən sonra bildirdi ki, "Rusiya bizim dostumuzdur, indiyə qədər heç vaxt bu cür hadisə baş verməyib". Baş nazir güc tətbiq edilməsinin tərəfdarı olmadıqlarını bildirib və ölkəsinin suverenliyini qorumaq məqsədilə hərbi təyyarəni vurmaq məcburiyyətində qaldıqlarını açıq etiraf edib. İstənilən halda Suriya məsələsi Rusiya-Türkiyə münasibətlərinin gərginləşməsinə təsir ötüşməyəcəkdi.
  
Rusiyanın Türkiyə sərhədlərində hərbi əməliyyatlar həyata keçirməsi nə Türkiyəyə, nə də ABŞ rəhbərliyi tərəfindən xoş qarşılanmırdı. Rusiyanın Suriyada hərbi əməliyyatlarının məhdudlaşdırılması üçün belə bir həmlə etməsi şübhəsiz lazım idi. Rusiya isə yaranmış vəziyyətdən istifadə edərək Əsəd rejiminə daha böyük yardım etməyə başladı. Rusiya Suriyada apardığı müharibədə Türkiyə ilə qarşı-qarşıya gəlmək istəmədiyi üçün hərbi təyyarənin vurulması faktını gizlətməyə çalışırdı. Ancaq hadisələr Türkiyənin Rusiya-ABŞ arasında Yaxın Şərqdə gedən müharibəsinə faktiki olaraq qoşulmasına gətirib çıxarıb. Barıt çəlləyinin partlaması üçün bir qığılcım lazım idi. Görəsən Su-24 təyyarəsinin vurulması bu qığılcım rolunu oynayacaqmı?
 
Şahin Həbibov
BAKU.WS