SİZİN REKLAM BURADA!
055 213 76 73



ABŞ Suriyanın İdlib şəhərini bombalamaq istəyir.

BAKU.WS
xəbər verir ki, bu barədə ABŞ-ın Suriya təmsilçisi Ceyms Ceffrey yerli mətbuata açıqlama verib. Onun sözlərinə görə, Amerika hökumətinin əlində İdlib şəhərində hərbi əməliyyat keçirtmək üçün əsaslar var.

Ceyms Ceffrey iddia edir ki, hazırda İdlib şəhərində kimyəvi silah istehsal olunur. Bu da terrorçulara dəstək məqsədilə həyata keçirilir.

ABŞ rəsmisi onu da vurğulayıb ki, Suriya hökumətinə rəhbərlik edən Bəşər Əsəd bu dövlətin taleyini müəyyən etmək iqtidarında deyil.

“Baxmayaraq ki, Bəşər Əsəd rejiminin fəaliyyəti bizim üçün xoş deyil, lakin onun hakimiyyətinə son qoymaq Amerikanın işi deyil. ABŞ və koalisiya ordusu Suriyada ancaq İŞİD terrorçuları ilə mübarizə aparmaq üçün fəaliyyət göstərir”, - deyə Ceyms Ceffrey bildirib.

Diplomatın sözlərinə görə, Amerika ordusu İŞİD terrorçularının kökü kəsilməyənə qədər Suriyadan çıxmayacaq.

Ziya SƏCCAD
BAKU.WS