SİZİN REKLAM BURADA!
055 213 76 73



Azərbaycanla Türkiyə arasında illik hərbi əməkdaşlıq haqqında plana əsasən, Konya şəhərində “TURAZ Şahini - 2018”birgə taktiki-uçuş təlimləri davam edir.

Müdafiə Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, təlimlərdə iştirak edən pilotlar ətrafı tanıma uçuşlarını icra ediblər.

Uçuşlardan əvvəl təyyarəçilər üçün təlimin qaydaları barədə müxtəlif brifinqlər təqdim olunub, hava şəraiti və digər texniki məsələlər müzakirə edilib.

BAKU.WS