SİZİN REKLAM BURADA!
055 213 76 73



2018-ci il üçün hazırlıq planına uyğun olaraq Hərbi Hava Qüvvələrinin (HHQ) bölmələri ilə paraşüt hazırlığı üzrə məşqlər keçirilir.

Müdafiə Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, məşqlər zamanı şəxsi heyət tərəfindən paraşüt tullanışları üzrə müxtəlif tapşırıqlar yerinə yetirilir.

Məşqlərin keçirilməsində əsas məqsəd şəxsi heyətin paraşüt tullanışları vərdişlərinin təkmilləşdirilməsi, həmçinin onların döyüş və xüsusi hazırlıq səviyyəsinin daha da artırılmasıdır.

BAKU.WS