SİZİN REKLAM BURADA!
055 213 76 73



Xəbər verdiyimiz kimi Azərbaycanın Birinci vitse-prezidentinə yeni köməkçilər təyin edilib.

BAKU.WS xəbər verir ki, Birinci vitse-prezident Mehriban Əliyevanın yeni köməkçiləri Emin Hüseynov və Xalid Əhədovdur.

Yeni təyin olunan köməkçilər haqqında bəzi məlumatları oxuculara təqdim edirik: 

Emin Zamin oğlu Hüseynov

Emin Zamin oğlu Hüseynov: 

1996-cı ildə Azərbaycan Dövlət İqtisad Institutunun Kommersiya fakültəsini Beynəlxalq İqtisadi Münasibətlər ixtisası üzrə bitirib.
1998-ci ildə ABŞ-ın Florida Ştatı Universitetində İqtisad üzrə magistr dərəcəsini alıb.
2009-cu ildə ABŞ-ın Harvard Kennedi Məktəbində Dövlət idarəçiliyi üzrə magistr dərəcəsini alıb.
2014-cü ildə Azərbaycan Respublikası Prezidentinin yanında Ali Attestasiya Komissiyası tərəfindən İqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülmüşdür.

İş təcrübəsi:

1998 – 2001-ci illərdə Dünya Bankının Azərbaycandakı Daimi Nümayəndəliyində, iqtisadçı
2001 – 2003-cü illərdə Beynalxalq Valyuta Fondunun Azərbaycandakı Daimi Nümayəndəsinin Ofisində, iqtsadçı
2003 - 2005-ci illərdə Dünya Bankının Azərbaycandakı Ölkə Ofisində, ölkə üzrə iqtisadçı
2005 - 2007-ci illərdə Azərbaycan Respublikası Milli Bankında Tədqiqatlar departamentinin direktoru
2007 – 2008-ci illərdə Azərbaycan Respublikası Milli Bankında Tədqiqatlar və statistika departamentinin direktoru
2008-2010-cu illərdə Azərbaycan Respublikası Mərkəzi Bankında Tədqiqatlar departamentinin direktoru, Mərkəzi Bankın baş iqtisadçısı
2010 – 2013-cü illərdə Azərbaycan Respublikası Milli Bankında Tədqiqatlar və inkişaf mərkəzinin direktoru, Mərkəzi Bankın Baş direktoru
2013 – 2016-cı illərdə Azərbaycan Diplomatiya Akademiyasında, Strategiya və inkişaf məsələləri üzrə prorektor
2016-cı ilin yanvar ayından iyun ayına kimi “ADA” Universitetində Elmi məsələlər və strategiya üzrə prorektoru
2016-cı ilin mart ayında Azərbaycan Respublikası Prezidentinin “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətlərinin təsdiqi və bundan irəli gələn məsələlər haqqında” Sərəncamı əsasında yaradılmış İşçi Qrupun üzvü.

Evlidir, üç övladı var.

Xalid Əhədov

Xalid Əhədov 4 fevral 1980-ci ildə anadan olub.

Ziyalı ailəsində anadan olan X.Əhədovun anası müəllim, atası həkimdir.

1996-2000-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində «Maliyyə və kredit» ixtisası üzrə bakalavr dərəcəsi, 2000-2002-ci illərdə isə həmin ixtisas üzrə magistr dərəcəsi alıb. 2010-2012-ci illərdə Avropanın, həmçinin dünyanın ən güclü universitetlərindən biri olan Instituto de Empresa (IE) biznes məktəbinə qəbul olur və Barcelonada MBA təhsili alıb.

Xalid Əhədov uşaqlıqdan oxumağı sevərmiş. Verdiyi bir müsahibəsində qeyd etmişdir: "Uşaqlıqda riyaziyyatçı olmaq və Ferma teoremini sübut etmək istəyirdim.

Məktəbdə yaxşı oxuyurdum. 1995-1996-cı illərdə riyaziyyat üzrə Azərbaycan olimpiadasının qalibi oldum, bizim yığmamızın üzvü idim".

Bankir tələbəlik illərindən işləməyə başlayıb.

Elə həmin dövrlərdə bir sıra yerli və xarici elmi jurnallarda müxtəlif məqalələri işıq üzü görüb.

Professional fəaliyyəti:

1999-cu ilin mart ayı - «Bank of Baku» - komanda rəhbəri vəzifəsi, pərakəndə biznes bölməsinin meneceri, müştəri məmnuniyyəti departamentinin rəhbəri vəzifələri
2005-ci il - Bank of Baku- idarə heyəti sədrinin müavini.
2012-ci il - Unibank- İcraedici komitənin üzvü.
2015 il - Unibank- İcraçı Direktor vəzifəsi.
12.07.2016 - “Bank Standard” - baş direktor
2.12.2016 - "Azər Türk Bank" - İdarə Heyətinin sədri vəzifəsinin müvəqqəti icraedicisi
10.01.2017 - "Beynəlxalq Bank" - İdarə Heyətinə sədr
14.03.2018 - "Beynəlxalq Bank" - Müşahidə Şurasının üzvü

BAKU.WS