VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Rusiya hökuməti beynəlxalq ticarət zamanı dollardan imtina yollarını axtarır.

BAKU.WS
xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov “Rossiya 1” kanalına verdiyi açıqlamada bildirib. Rusiya rəsmisi etiraf edib ki, ABŞ dolları olmadan yaşamaq mümkün deyil.

“Çox təəssüflər olsun ki, hazırda beynəlxalq ticarət zamanı dollardan istifadə edirik. Dollardan imtina edə bilmirik. Bir həqiqət var ki, ABŞ maliyə baxımından dünyaya hegemonluq edir”, - deyə Sergey Ryabkov bildirib.

Onun sözlərinə görə, hazırda Rusiya beynəlxalq ödəmələrdə və ticarət zamanı ABŞ banklarından imtina etməyin yolları barədə düşünürlər.

“Qlobal pul vahidi yaratmaq, beynəlxalq ticarət zamanı həmin valyutadan istifadə etmək lazımdır. Bununla da, Amerikanın cəngindən qurtarmaq və dollardan asılılığı ardan qaldırmaq olar”.

Ziya SƏCCAD
BAKU.WS