SİZİN REKLAM BURADA!
055 213 76 73



Fransa Prezidenti Emmanuel Makron Avropa Birliyinin gələcək siyasətilə bağlı maraqlı və çox vacib açıqlama verib.

BAKU.WS
xarici mətbuata istinadən xəbər verir ki, Makron çıxışı zamanı Avropa Birliyində təhlükəsizliyin təminatının mühüm məsələ olduğunu vurğulayıb.

Ölkə rəhbəri qeyd edib ki, Avropa Birliyinin müdafiəsi təkcə ABŞ-dan asılı olmamalıdır. Onun sözlərinə görə, təhlükəsizlik Avropa ölkələri tərəfindən təmin edilməlidir.

“Əsas məsələ odur ki, biz özümüz təhlükəsizliyimizi təmin edək. Müdafiə təkcə Amerika ordusundan və silahından asılı olmamalıdır. Bu sahədə digər ölkələrlə də əlaqələr qurulmalıdır”, - deyə E.Makron qeyd edib.

Fransa rəhbəri Avropa Birliyinin təhlükəsizliyinin təmin edilməsində Rusiya və digər ölkələrlə də əlaqələrin qurulmasını istisna etməyib. Onun sözlərinə görə, əgər Rusiya-Ukrayna böhranı aradan qaldırılsa, bu zaman ruslarla hərbi əməkdaşlıq da edə bilərlər.

Ziya SƏCCAD
BAKU.WS