SİZİN REKLAM BURADA!
055 213 76 73



ABŞ Dövlət Departamentinin sözçüsü Heather Nauert Rusiyanın 2019-cu ildə Türkiyəyə S-400 hava hücumundan müdafiə (HHM) sistemlərinin təslim edilməsi prosesinə hazırlanmasına münasibət bildirib.

BAKU.WS-in məlumatına görə, Heather Nauert bu prosesin başlamasından ABŞ-ın narahat olduğunu ifadə edib.

Nauert mətbuat konfransında məsələyə ABŞ-ın mövqeyini açıqlayıb: "Mən sözügedən mövzuda bir xəbər oxumamışam. Amma əgər doğrudursa, bu bizi narahat edir. Bilirsiniz, Türkiyə kimi bir NATO müttəfiqinin S-400 hava hücumundan müdafiə (HHM) sistemləridən istifadə etməsi bizim siyasətimizə tərsdir. Tərəfdaşlarımızın və müttəfiqlərimizin S-400 almağına qarşıyıq".

BAKU.WS