VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Ermənistan Müdafiə naziri David Tonoyanın Moskva səfərini bir neçə əsas nöqteyi-nəzərdən yanaşmaq olar.

BAKU.WS
xəbər verir ki, bu barədə analitik-icmalçı Ehtiram Aşırlı bildirib. Onun fikrincə, Ermənistanın Rusiyadan 100 milyon dollar məbləğində kredit razılaşması və bu razılaşmaya əsasən də Rusiyadan yeni silahların alınması məsələsi.

“Bu məlumatı Rusiya mətbuatı təkzib elədi. Daha sonra Rusiya müdafiə nazirinin müavini Ermənistan ilə hər şeyin normal qaydada olduğunu söylədi”, - deyə icmalçı bildirib.

Ehtiram Aşırlı bildirib ki, səfər çərçivəsində müzakirə olunan ikinci bir məsələ isə Ermənistanda hərbi-sanəyə məsələsidir:

“Bu səfər çərçivəsində işğalçı ölkə üçün mühüm məsələ hərbi-sənaye sahəsində əməkdaşlıqdır. Bu da Ermənistan üçün hərbi-siyasi əhəmiyyətə malik olduğunu göstərir. Böyük ehtimal, Davit Tonoyanın Moskvaya səfəri zamanı hərbi-sənayə sahəsinə aid əməkdaşlığın inkişaf etdirilməsi dair müzakirələr aparılıb.

Hətta 2017-ci ildə Serj Sarkisyan Rusiyaya səfəri zamanı Gümrüdəki Rusiya hərbi bazasında həbi-sanəyə kompleksinin yaradılması barədə təklif irəli sürmüşdü. Lakin, Rusiya bu təklifə hələ də indiyə qədər konkret cavab verməyib”, - deyə siyasətçi vurğulayıb.

Ehtiram Aşırlı düşünür ki, bu məsələ yenidən müzakirə olunub və bəlkə də Kalaşnikovun istehsal olunmasına dair imzalanan sazişə bir hissəsi kimi əlavə olunub:

“Yaxın zamanlarda bu barədə Rusiya və erməni KİV-də xəbərlər yayılmağa başlayar”.

Ziya SƏCCAD
BAKU.WS