SİZİN REKLAM BURADA!
055 213 76 73



Bu gün Azərbaycan Demokratik Cümhuriyyətinin ilk baş naziri, Fətəli Xan Xoyskinin 140 illik yubleyidir.
 
BAKU.WS məlumat verir ki, əslən Cənubi Azərbaycanın Xoy şəhərindən olan Fətəli xan Xoyski 1875-ci il dekabrın 7-si Şəki şəhərində anadan olub. Bəy nəslindən olan Fətəli xan 1901-ci ildə Moskva Universitetinin hüquq fakültəsini bitirib. Fətəli xan əvvəlcə Gəncədə, sonra Suxumi, Batumi və Kutaisi dairə məhkəmələrində müxtəlif vəzifələrdə çalışıb.
 
Yekaterinador dairə məhkəməsində prokuror müavini təyin edilməsi Fətəli xanın ictimai-siyasi fəaliyyətində yeni mərhələ olmuşdu. Yelizavetpol (Gəncə) quberniyasından II Dövlət dumasına deputat seçilən Xoyski, fevralın 2-də Peterburqun məşhur Tavriya sarayında toplanan Rusiya parlamentinin iclaslarında çıxış edərkən çar hökumətinin Zaqafqaziyada və Azərbaycanda yeritdiyi müstəmləkəçilik siyasətini tənqid atəşinə tuturdu. O, kadet partiyasına üzv olmasına baxmayaraq, dumanın müsəlman deputat fraksiyasına daxil idi. F. Xoyski Rusiyanın müstəmləkəsindəki xalqlara məhəlli muxtariyyət verilməsini hökumətdən tələb edirdi.

Sonralar müxtəlif illərdə Bakı və Gəncə dairə məhkəmələrində iş kəsmək üzrə andçı - müvəkkil vəzifəsini icra edən Fətəli xan Xoyski, 19 iyun 1920-ci ildə Tiflisdə erməni terrorçuları Aram Yergenyan və Misak Qriqoryan tərəfindən qətlə yetirilib. Terror aktı nəticəsində Xəlil bəy Xasməmmədov (Cümhuriyyətin ədliyyə və daxili işlər naziri) ağır yaralanıb.
 
BAKU.WS