VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin nazir təyin olunduğu 5 ay ərzində həyata keçirdiyi islahatlardan biri də sələfi Səlim Müslümovun qohumlarını qurumdan uzaqlaşdırmaqdır.

"Qafqazinfo" xəbər verir ki, nazirin təmizləmə islahatı hələ davam edir.

Mia.az saytının məlumatına görə, S. Babayev bu dəfə Müslümovun qaynı Ağalar Xasayevi vəzifəsindən azad edib. Dövlət Sosial Müdafiə Fondunun Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş idarəsinin rəisi işləyən A. Xasayevin yerinə təyinat da olub.

Məlumata görə, nazirin DSMF-dəki ən diqqətçəkən dəyişikliyi isə bir müddət əvvəl olub. Belə ki, fondun direktor müavini Sərdar Xıdırov vəzifəsindən azad edilərək, onun yerinə vaxtı ilə DSMF-nin Səbail rayon, daha sonra isə Qaradağ rayon şöbəsində müdir vəzifəsini tutmuş Cavid Abdullayev gətirilib.  

Xatırladaq ki, Cavid Abdullayev bu yaxınlarda iqtisadiyyat nazirinin müavini təyin edilən Şirzad Abdullayevin qardaşıdır.

Adıçəkilən fondda ən böyük dəyişikliyin isə bu ilin dekabr ayında aparılacağı gözlənilir. İddia olunur ki, həmin vaxtı fondun hazırkı direktoru Zakir Babayevlə bağlanan müqavilə başa çatacaq və bu səbəbdən DSMF-nin rəhbəri postuna yeni təyinat olacaq.

BAKU.WS