VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


“Ermənistanın baş naziri Nikol Paşinyanın oğlunun Dağlıq Qarabağda hərbi xidmət keçməsi siyasi şouya çevrilib”.

BAKU.WS
xəbər verir ki, bu barədə jurnalistlərə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

Onun sözlərinə görə, Paşinyan rejimi bununla reytinqini yüksəltməyə çalışır.

“Paşinyan öz siyasi reytinqinin yüksəldilməsi üçün addımlar atır. Bu cür hərəkətlər konstruktiv xarakter daşımır və regionun sabitləşməsinə xidmət etmir. Ermənistan vətəndaşlarının Azərbaycan ərazisində hərbi xidmətə göndərilməsi Ermənistanın təcavüzkar dövlət olmasının növbəti və açıq göstəricisidir. Bu əməllər regionda sülhün təminatına xidmət etmir”, - deyə Hikmət Hacıyev bildirib.

BAKU.WS