SİZİN REKLAM BURADA!
055 213 76 73



İyulun 2-dən 3-nə keçən gecə hava şəraitinin kəskin dərəcədə dəyişməsi, temperaturun yüksək həddə çatması nəticəsində əhalinin elektrik enerjisindən həddən artıq istifadə etməsi ilə əlaqədar Mingəçevir İstilik Elektrik Stansiyasının (İES) yarımstansiyasında cərəyan transformatoru sıradan çıxıb.

BAKU.WS xəbər verir ki, Prezidentin Mətbuat Xidmətinin yaydığı məlumatda yarımstansiyada dərhal təmir bərpa işlərinə başlanıldığı qeyd edilib.

Vəziyyət Azərbaycan Respublikası Prezidentinin daim nəzarətindədir.

BAKU.WS