SİZİN REKLAM BURADA!
055 213 76 73



Prezident İlham Əliyev Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb.

BAKU.WS AzərTAc-a istinadən xəbər verir ki, fərmanla mərkəzi və yerli icra hakimiyyəti və bələdiyyə orqanlarının, dövlət adından yaradılan publik hüquqi şəxslərin və səhmlərinin (paylarının) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərdikləri xidmətlərin və verdikləri hüquqmüəyyənedici sənədlərin vahid “G2B” (dövlət–biznes) elektron reyestri yaradılıb. Həmçinin “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Nizamnaməsi” təsdiq edilib.

Bundan başqa “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin strukturu” təsdiq edilib.

Yeni yaradılmış agentliyin nizamnamə fondu 5,0 milyon manatdır və dövlət büdcəsinin vəsaiti hesabına formalaşacaq.

Agentliyin aparatının işçilərinin say həddi 240 ştat vahidi müəyyənləşdirilib.

BAKU.WS