SİZİN REKLAM BURADA!
055 213 76 73



Naxçıvanda ordumuzun uğurlu əməliyyatı nəticəsində 11 min hektar ərazi işğaldan azad edilib.

BAKU.WS Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov deyib.

Nazir qeyd edib ki, Naxçıvanda çox uğurlu əməliyyat keçirilib:

"Ordumuzun uğurlu əməliyyatı nəticəsində 11 min hektar ərazi işğaldan azad edildi. Artıq Laçına gedən yola da ordumuz nəzarət edir. Bu, bizim növbəti uğurumuzdur".

Z.Həsənov bildirib: "Bizim məqsədimiz ordunu müharibəyə hazırlamaqdır. Siyasi danışıqlar bizim işimiz deyil. Bu gün Azərbaycan Ordusu işğal olunmuş ərazilərimizi azad etməyə qadirdir".

Qeyd edək ki, 2018-ci ilin may ayı ərzində Naxçıvan Muxtar Respublikasının 11 min hektardan artıq ərazisi və Şərur rayonunun Günnüt kəndi düşməndən azad edilərək dövlət sərhədi boyunca əlverişli hədlər ələ keçirilib.

BAKU.WS