VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Milli Məclisin İntizam Komissiyasının sədri, Azərbaycan Boks Federasiyasının vitse-prezidenti, deputat Ağacan Abıyev ADP sədri Sərdar Cəlaloğlunun Türkiyə-Azərbaycan konfederasiyası yaradılması təklifinə sərt reaksiya verib.

BAKU.WS
-in məlumatına görə, deputat "Ölkə.Az"a açıqlamasında deyib ki, bu cür hərəkətlərlə Azərbaycan-Türkiyə münasibətlərini pozmaq istəyirlər:

“İndi bu səviyyəsiz və savadsız adamlar var ki, ağızlarına gələni danışırlar. Anlamırlar ki, Türkiyə böyük və dünyada nüfuzu olan dövlətdir. Bu adama demək istəyirəm ki, ay axmaq, ay heyvan, Azərbaycan Türkiyəyə birləşsə, bundan nə qazanacaqsan? Əksinə, əvvəl Avropada 2 səsimiz var idi, indi 1 səs olacaq. Bunlar necə siyasətçidir ki, adi reallıqları anlaya bilmirlər. Külbaşdırlar da! Yaxşı ki, Ulu Öndər Heydər Əliyev gəlib bu dövlətin müstəqilliyini qoruyub saxladı, bəlalardan xilas etdi. Ancaq o zamandan bəri Sərdar Cəlaloğlu savadsız olaraq qalıb. Başına qapaz vurmaq laızmdır ki, gedib işi ilə məşğul olsun. Hərəsi özündən bir təklif çıxarırır, Türkiyə ilə birləşək! Türkiyə ilə birləşmək o deməkdir ki, bundan həm Azərbaycan, həm də Türkiyə itirəcək. Biz beynəlxalq aləmdə səsimizi itirəcəyik. İndi iki dövlətik. Adların nə fərqi var, əsas odur ki, millətimiz birdir. İki dövlət olanda, onun sözü də eşidilir. Mən anlaya bilmirəm ki, bunlar necə siyasətlə məşğul olurlar? Allah üzümüzə baxdı ki, ötən əsrin 90-cu illərində bu axmaqların gəlib bizi idarə etməsinə imkan verilmədi. Yoxsa, bizi uçuruma aparardılar”.

A.Abıyev Sərdar Cəlaloğluna birinci sinifi yenidən öyrənməyi tövsiyə edib:

“Bu adam gedib birinci sinifi yenidən oxusun. Belə siyasətçi olmaz. Əgər nə isə sözü varsa, onu rinqə çağırıram. Mən Sərdar Cəlaloğluna deputat kimi deyirəm ki, əgər sən Azərbaycanı istəsəydin, bu cür təklifi dilinə gətirməzdi. Elementar düşünsəydi, bilərdi ki, beynəlxalq qurumlarda bir səs hara, iki səs hara! İndi həm Türkiyənin, həm də Azərbaycan ən azı iki səsi var. Biz bir dövlət olsaydıq, ancaq bir səsimiz olacaqdı. Bu cür səhv fikirləri ancaq düşmən deyə bilərdi. Yaxşı olar ki, Sərdar Cəlaloğlu gedib bir az kitab oxusun”.

BAKU.WS