SİZİN REKLAM BURADA!
055 213 76 73



“Ermənistanın baş naziri Nikol Paşinyan Serj Sərkisyandan az separatçı olmadığını ətraf aləmə sübut etməyə çalışır. Onun baş nazir seçilməsindən heç iki ay keçməyib, ancaq artıq ikinci dəfə Qarabağa gəlib və yenə təxribatçı açıqlamalar səsləndirib”.

BAKU.WS
xəbər verir ki, bu barədə tanınmış politoloq Elxan Şahinoğlu bildirib. Onun sözlərinə görə, Nikol Paşinyan ölkəmizə qarşı təxribat hazırlayır.

“Geri qayıtdıqdan sonra isə Xocalıda yerləşən hava limanında turistlərin iştirakı ilə şou göstəriblər, kiçik motorlu ucaqları havaya qaldırıblar. Bu da azmış kimi Nikol Paşinyan Rusiyanın onlara hədiyyə etdiyi Cu-30 CM qırıcı təyyarəsində çəkdirdiyi şəkli sosial şəbəkəsindəki səhifəsində yerləşdirib və bununla bizə sanki acıq verib”, - deyə siyasətçi bildirib.

E.Şahinoğlu deyir ki, Rusiyanın agentliyində yazısı yayınlayan erməni müəlliflərindən biri isə bu sözlərlə Azərbaycanı açıq-aşkar şantaj edib:

“Ermənistan Rusiyadan aldığı hərbi təyyarələr hesabına Azərbaycanın strateji neft və qaz infrastruktuna ciddi təhlükə yaratmaq imkanına malikdir”.
Siyasətçi fikirləşir ki, bütün bunların qarışlığında Azərbaycanın müvafiq nazirliklərindən “tık” səs də yoxdur:

“Bizim hərbi təyyarələrin Qarabağ məkanında uçuş yapmalarının zamanı çatmayıb mı? Qarabağ səması bizim hava məkanı deyilmi? Beynəlxalq qurumlar Qarabağın hava məkanının Azərbaycana məxsus olduğu hüququ tanıyır. Belədirsə, təyyarələrimiz oralarda niyə uçmur? Bizim təyyarələr Qarabağın hava sahəsində ucmadıqca separatçılar zaman-zaman işğal altında olan Xocalıdakı hava limanını addım-addım hərəkətə gətirməyə çalışacaqlar. Azərbaycanın Xarici İşlər Nazirliyi isə rus saytında yayınlanan həmin erməninin “neft və qaz infrastrukturunuzu bombalayarıq” sözlərinə dərhal reaksiya verməlidir. Neft və qaz infrastrukturlarımıza olan hədə tək bizə aid deyil, dünyanın nəhəng şirkətlərinin həmin layihələrdə böyük payları var. Onlar da erməni təxribatına qarşı öz sözlərini deməlidirlər. Bunu da bizim XİN təşkil etməlidir.

Ramazan bayramı ilə əlaqədar hələ iki gün evdəyik, yəqin diplomatlarımız da dincəlir. Ancaq ermənilər Ramazan bayramını qeyd etmirlər və diplomatları da iş başındadırlar və fürsətdən də yararlanaraq istirahət günlərindən bizə qarşı informasiya savaşını gücləndiriblər. Demək, biz də dincəlməməliyik”.

Ziya SƏCCAD
BAKU.WS