SİZİN REKLAM BURADA!
055 213 76 73



Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp prezident İlham Əliyevə təbrik məktubu göndərib.

BAKU.WS-in məlumatına görə təbrikdə D.Tramp özü və xanımı Melania Amerika xalqı adından Ramazan bayramı münasibətilə Azərbaycan xalqına təbriklərini çatdırıb:

“Ramazan ayının başa çatmasını qeyd etdiyimiz bir vaxtda, biz qonşulara yardım etmə və cəmiyyətin bütün təbəqələrindən olan insanlarla duz-çörək kəsmə kimi İslam dininin ədalət və mərhəmət hisslərinə sadiqliyindən qaynaqlanan müqəddəs bir ənənəni yad edirik. Bu bayram dostluqda bir-birinə dəstək olmaq və hər kəsin öz potensialını tam gerçəkləşdirə biləcəyi bir cəmiyyət qurmaq məsuliyyətini xatırladır. Birləşmiş Ştatlar ölkəmizə mühüm töhfələr vermiş və silahlı qüvvələrimizdə ləyaqətlə xidmət etmiş amerikalı müsəlmanlar da daxil olmaqla müxtəlif etiqad sahiblərinin vətənidir”.

BAKU.WS