SİZİN REKLAM BURADA!
055 213 76 73



Azərbaycanda sürücülük vəsiqəsinin verilməsi və ya dəyişdirilməsi üçün dövlət rüsumu dəyişdirilir.

BAKU.WS-in məlumatına görə, bununla bağlı prezident tərəfindən Milli Məclisə “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik edilməsi barədə təklif təqdim olunub.

Dəyişiliyə əsasən, avto-moto nəqliyyat vasitələri üçün sürücülük vəsiqəsinin verilməsi və ya dəyişdirilməsi üçün rüsum 39% artırılır.

Belə ki, dəyişiklik təsdiq olunanandan sonra avto-moto nəqliyyat vasitələri üçün sürücülük vəsiqəsinin verilməsi və ya dəyişdirilməsi rüsumu 18 manatdan 25 manata qaldırılacaq.

BAKU.WS