SİZİN REKLAM BURADA!
055 213 76 73



Prezident İlham Əliyev Fərid Məmmədovun “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki “Xəzər Neft və Qaz” sərgi-konfransının 25 illiyi münasibətilə və Azərbaycanda sərgilərin təşkilində xidmətlərinə görə Fərid Adil oğlu Məmmədov “Tərəqqi” medalı ilə təltif edilsin.

PrezidentİN digər sərəncamı ilə “Xəzər Neft və Qaz” sərgi-konfransının 25 illiyi münasibətilə Azərbaycanın nailiyyətlərinin təbliğində və xarici ölkələrlə əməkdaşlığının möhkəmləndirilməsində xidmətlərinə görə Strahan Edvard Corc Dankan və Vud Endryu Marli “Dostluq” ordeni ilə təltif edilib.

BAKU.WS