VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqları davam etdirməyə hazırdır.

“Aysor” nəşri xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Zohrab Mnatsakanyan deyib.

“Ermənistan tərəfi Qarabağ problemi üzrə danışıqlar dinamikasını davam etdirməyə hazırdır. Biz ATƏT-in Minsk qrupunun həmsədrləri ilə əlaqə yaradırıq və Azərbaycan rəhbərliyi ilə görüşləri bərpa etməyi planlaşdırırıq”, - deyə Mnatsakanyan Ermənistan deputatlarının sualını cavablandırarkən bildirib.

Nazir eyni zamanda bildirib ki, Ermənistan münaqişənin yalnız dinc yolla həllini dəstəkləyir.

BAKU.WS