"Naxçıvanda atəşkəsin pozulmasından iki gün əvvəl Ermənistan-Naxçıvan sərhədinə müdafiə naziri David Tonoyan və xarici işlər naziri Zoqrab Mnatsakanyan gəlmişdilər. Onların gəlişinin məqsədi aydın idi".

BAKU.WS
xəbər verir ki, bu barədə tanınmış politoloq Elxan Şahinoğlu bildirib. Onun sözlərinə görə, hazırda Ermənistanın yeni baş naziri Nikol Paşinyanın atdığı addımlar qeyri-müəyyəndir.

"Aydın olmayan odur ki, hərbi bölmələrə müdafiə naziri ilə yanaşı xarici işlər nazirini niyə göndərib? Xarici işlər nazirinin funksiyası başqadır axı. Görünür Paşinyan bu yolla xarici işlər nazirinin indidən barıt qoxusu almasını və bunu gələcək danışıqlara şamil etməsini istəyir. Robert Köçəryan və Serj Sərkisyanın dövründə Ermənistan xarici işlər nazirlərinin cəbhə bölgəsinə gəlmələrini xatırlamıram, heç bizim xarici işlər naziri Elmar Məmmədyarovun da sonuncu dəfə təmas xəttində nə zaman olduğunu xatırlamıram...", - deyə E.Şahinoğlu bildirib.

BAKU.WS


TƏCİLİ KREDİT SİFARİŞLƏRİ