VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


"O zaman ermənilər Qarabağı Azərbaycanın tərkibindən çıxarmaq və Ermənistana birləşdirmək üçün mübarizəyə qalxdılar".

BAKU.WS
xəbər verir ki, bu barədə Real TV-də yayımlanan “Mir Şahinin vaxtı” verilişində aparıcı bildirib. Tanınmış jurnalist Mir Şahin vurğulayıb ki, Azərbaycanda 100 minlərlə insan küçələrə, meydanlara çıxdı, etiraz etdi. "Onda Qarabağın Azərbaycandan zorla çıxarılması prosesinə başlandı. Nə qədər dediksə, Qarabağ məsələsi Azərbaycanın daxili işidir, olmadı, qüvvələr bərabər deyildi, Azərbaycan nə Qarabağı özündə saxlaya, nə də Sovet İttifaqının dağımasının qarşısını ala bildi. Sonra Azərbaycana hər vəchlə izah etməyə çalışdılar, təlqin etdilər ki, Qarabağ artıq Azərbaycanın daxili işi deyil. Problemin qarnının ATƏT-i, boğazının it sümüyü filanı var. Amma Bakının əsas məqsədi yenə də Qarabağda Azərbaycan hakimiyyətini bərpa etmək oldu. Bəlkə Azərbaycan elə ona görə müstəqil olmaq istəyirdi ki, bu problemi həll etmək asan olsun.

Bu gün bizim əsas problemimiz söz və mətbuat azadlığı deyil, insanların küçə yürüşlərində bayraq götürdü oynaması, “A-zad-lıq!, A-zad-lıq!” və ya “A-zal-dıq! A-zal-dıq!” deyə haray-fəryad qopalağı götürməsi deyil, kiminsə hesabında qara, kiminsə hesabında yaşıl pul axtarmaq deyil, dövlətin ərazi bütövlüyünün bərpası və Dövlət müstəqilliyidir. Qalanlar təfərrüatdır.

Verilişdə tanınmış jurnalist xalq hərəkatı ilə hakimiyyətə gələn Ermənistanın baş naziri Nikol Paşinyanı Azərbaycanın eks prezident Əbülfəz Elçibəy ilə müqayisə edib:

"Razıyam, xalq hərəkatı, xalq hərəkatına, hərəkat liderinə bənzəyə bilər", - deyə Mir Şahin bildirib.

“Mir Şahinin vaxtı”nın tam versiyasına videomaterialda izləyə bilərsiniz.

BAKU.WS